PDF Oxu

Siyasət

  • 389

YAP Qobustan rayon təşkilatı ilk partiya təşkilatlarında konfransa hazırlıq işləri davam edir

YAP Qobustan rayon təşkilatı ilk partiya təşkilatlarında konfransa hazırlıq işləri davam edir

YAP Qobustan rayon təşkilatı Təklə kənd ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Fazil Müslümov hesabat məruzəsi ilə çıxış edərək keçən konfransdan bu günədək görülən işlərdən danışıb.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev YAP üzvlərini Təklə kənd ilk partiya təşkilatına yeni sədr seçilməsini təklif edib. Təklə kənd ilk partiya təşkilatı üzvləri yekdilliklə Fazil Müslümovun yenidən sədr seçilməsini dəstəkləyiblər.

Hesabat-seçki yığıncağında çıxış edən YAP üzvlərindən G..Cəbrayılov, Ə.Eyyubov, T.Səbzəliyev və digərləri çıxış edərək, ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.

Hesabat-seçki yığıncağında, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 14 nəfər nümayəndə seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər