PDF Oxu

Siyasət

  • 63

Gürcüstanın problemlərinin əsas mənbəyi onun regional siyasəti düzgün anlamamasındadır

Gürcüstanın problemlərinin əsas mənbəyi onun regional siyasəti düzgün anlamamasındadır

TESİZ ƏSASINDA

Mübariz Əhmədoğlu: "Qazprom"un Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirməsinin günahı Gürcüstan hökumətindədir"

"Qazprom" - Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bildi. Müqaviləni Gürcüstan tərəfindən imzalayan baş nazirin müavini Kaxa Kaladze tranzit müqaviləsinin şərtlərini açıqlamır. Bunu müqavilədə həmin məsələnin iki ölkəyə aid sirr olması ilə əlaqələndirir". Bu fikirlərlə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu sözügedən məsələ ilə bağlı proqnozunu şərh edərkən deyib: "Qaz müqaviləsinin şərtlərini Gürcüstan hökuməti müzakirə edərək təsdiqlədi. Lakin müqavilənin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb. Belə ki, müxalifətin bütün qrupları imzalanmış müqaviləni Gürcüstan hökumətinin kaputilyasiyası adlandırır".

"Qazprom"un Gürcüstana qarşı istifadə etdiyi şantaj sxemi belədir: Ya mən dediyim şərtlərlə mənim qazımı Ermənistana nəql edirsən və ya sənin ərazindən 1m3 (kubametr) də olsun qaz nəql etməyəcəyəm...

M.Əhmədoğlu əlavə edib ki, prezident Georgi Marqvelaşvili də bu müqavilənin tənqidçiləri sırasındadır: "Hökumətin bəzi üzvləri də narazılıqlarını açıq şəkildə bildirdilər. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Q.Qaxariya "Qazprom"la müqavilədə Gürcüstanın uduzduğunu bildirdi. Həm Qaxariya, həm də müxalifət Azərbaycana daha çox istinad edilməsinin zəruriliyini vurğuladılar". Politoloqun fikrincə, rəsmi Tbilisi Azərbaycanın Gürcüstanı lazımi miqdarda qazla təmin edə bilməməsindən ehtiyatlanır: "SOCAR-ın (ARDNŞ) həm Azərbaycan, həm də Gürcüstandakı fəaliyyətində nöqsanların olması sirr deyil. Amma Gürcüstanın, indiki halda "Qazprom"la imzaladığı müqavilə SOCAR-la (ARDNŞ) əlaqəsi olmayan məsələdir. "Qazprom"un Gürcüstana qarşı istifadə etdiyi şantaj sxemi belədir: Ya mən dediyim şərtlərlə mənim qazımı Ermənistana nəql edirsən və ya sənin ərazindən 1m3 (kubametr) də olsun qaz nəql etməyəcəyəm, qazsız və pulsuz qalacaqsan. Ermənistanın ehtiyaclarını ödəmək üçün lazım olan qazı İrandan alıb verəcəyəm. Bu sxemdə İranın adının şantaj elementi kimi istifadə olunması aparıcı elementdir".

Gürcüstan Ermənistanla birlikdə İranla əlaqəli layihələrdə iştirak etmək kursu götürüb, qapalı danışıqlarda iştirak edir

M.Əhmədoğlu "Qazprom"un Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bilməsinin əsas səbəbinin Gürcüstan hökumətinin davranışında axtarmaq lazım olduğunu deyib və bu davranışın bir neçə motivasiyanı aşağıdakı qaydada ehtimal edib:

I. Gürcüstan hökuməti Azərbaycana sonadək inanmır. İnamı olsaydı, Gürcüstan Azərbaycanla birlikdə ciddi arqumentlər qoya bilərdilər. Gürcüstanın ehtimalı çətinliyə cüzi müddət dözməsi ilə məsələ həllini tapardı. "Qazprom" şərtlərin dəyişilməməsi ilə razılaşardı.

II. Gürcüstan hökuməti, həqiqətən, Rusiyadan çəkinir. Eks-baş nazir B.İvanişvilinin "Qazprom"un səhmdarlarından biri olması ilə bağlı deyilənlər özünü neqativ planda göstərə bilər. İvanişvilinin Rusiya ilə münasibətlərində əlavə digər amillər də də ortalığa çıxa bilər.

III. Gürcüstan Ermənistanla birlikdə İranla əlaqəli layihələrdə iştirak etmək kursu götürüb, qapalı danışıqlarda iştirak edir. Gürcüstan hökuməti, hesab edir ki, qaz tranzitindən uduzduğundan daha çox İran qazının və yüklərinin Ermənistan ərazisi vasitəsilə nəqlindən qazanacaqdır.

IV. Gürcü rəsmilərinin regiondakı vəziyyəti bilməməsi də diqqəti çəkir. İran Ermənistanın iki şəhərini öz ərazisindən qazla təmin etməyə başladı. Başqa sözlə, İran hissə-hissə "Qazprom"u Ermənistanın ərazisindən qovur. Belə olan təqdirdə, "Qazprom"un Ermənistan üçün İrandan qaz alması RF-in region siyasətinə ciddi fəsad yarada bilər. Ona görə, heç bir şərt daxilində Rusiya Ermənistan üçün İrandan qaz ala bilməz.

Əhmədoğlunun fikrincə, müqavilənin şərtlərinin sirr olması isə K.Kaladzenin əsaslandırılmamış arqumentidir: "Ermənistanın baş naziri Karen Karapetyan "Qazprom"la Gürcüstan arasında imzalanmış qaz tarifi müqaviləsinin əsas şərtlərini açıqladı: Ermənistana nəql olunan qazın birinci milyard kub metrindən Gürcüstan 10 faizi natura ilə götürəcəkdir. Nəql olunan sonrakı həcmin əvəzində Tbilisi qaz deyil, valyuta alacaq və bu valyutanın miqdarı bir neçə dəfə az olacaq. Beləliklə, Gürcüstanın itkiyə məruz qaldığı bəllidir. Gürcüstanın itkisi şəraitdən asılı olaraq, 30-40 faiz arası dəyişəcəkdir. Gürcüstanın itkisinin hesabına Ermənistan qazın qiymətini əhali üçün ucuzlaşdıracaqdır.

Hər halda, Gürcüstanın problemlərinin əsas mənbəyi onun regional siyasəti düzgün anlamamasındadır".

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər