PDF Oxu

Siyasət

  • 305

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar Zəngişalı kənd ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib.

Ərazi ilk partiya təşkilatının sədri Məmmədəli İmanov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Zəngişalı kənd ərazi ilk partiya təşkilatın fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ilk partiya təşkilatına Soltan İmanov sədr, Vidadi Quliyev, Şahmar Qəhrəmanov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 5 nəfər nümayəndə seçilib.

Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzi ərazi ilk partiya təşkilatlında keçirilib. İlk partiya təşkilatının sədri Rəhman Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzi ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilmiş, ərazi ilk partiya təşkilatına Rəhman Məmmədov yenidən sədr, müavini İxtiyar Əliyev və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər