PDF Oxu

Siyasət

  • 916

YAP Səbail rayon təşkilatında XI konfransa hazırlıq davam edir

YAP Səbail rayon təşkilatında XI konfransa hazırlıq davam edir

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının XI konfransına hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir.

"Xəzər dənizçiləri" (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC) ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında "Xəzər dənizçiləri" ərazi ilk təşkilatının sədri İzafət Məmmədov təşkilatın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək görülən işlərdən, qazanılan uğurlardan söz açıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin risklərin idarə edilməsi şöbəsinin rəisi Fuad Hacıəliyev, mütəxəssis Mirkazım Babayev, Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Bayram Balakişiyev və başqaları məruzə ilə bağlı müzakirələrdə təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

İzafət Məmmədova yenidən YAP Səbail rayonu "Xəzər dənizçiləri" ərazi ilk təşkilatının sədri, 7 nəfərdən ibarət idarə heyəti və rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev YAP-ın əhəmiyyətli rolundan bəhs etdi və "Xəzər dənizçiləri" ərazi ilk təşkilatının yeni seçilən heyətinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

***

"Ziyalı evi" ərazi ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında təşkilat sədri Arzuman Muradlı hesabat məruzəsi ilə çıxış edib.

YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev "Ziyalı evi" ilk ərazi təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən YAP Səbail rayon təşkilati il ərzində ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində mühüm rol oynadığını bildirib

Yığıncaqda ərazi təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından nümayəndələr seçildi.

***

"Dezinfektorlar" (Bakı şəhər "Dezinfeksiya Stansiyası Səbail rayonlararası bölməsi" MMC) ərazi ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında təşkilat sədri G.T.Həsənova ilk ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məlumat verib.

Sonra təşkilati məsələlərə baxılaraq, təşkilatın yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından nümayəndələr seçilib.

***

"Yaşıl Teatr" Bakı Konsert Kompleksi ərazi ilk partiya təşkilatında keçirilmiş hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Məmməd Hümbətov hesabat məruzəsi ilə görülmüş işlər barədə məlumat verib.

Yığıncaqda YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev, ərazi ilk partiya təşkilatı üzvləri İlqar Cavadov, Nigar Bünyat-zadə və Samirə Məmmədova "Yaşıl Teatr" Bakı Konsert Kompleksi ərazi ilk partiya təşkilatının hesabatını qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından nümayəndələr seçilib.

R.KAMALQIZI

Digər xəbərlər