YAP Biləsuvar rayon təşkilatının hesabat-seçki yığıncaqları uğurla davam edir
Biləsuvar rayonunun texniki təmayüllü liseyində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 5 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclasın gündəliyində 3 məsələ müzakirə olunub. Gündəlidkə duran birinci məsələ barədə 5 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Kazımov Fərail hesabat məruzəsi ilə çıxış edib. Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verib.
Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası günü-gündən inkişaf və tərəqqi edir, bu siyasi xətti isə hər bir vətənsevər azərbaycanlı, eləcə də, YAP üzvləri, birmənalı olaraq dəstəkləyir.
Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Cəmil Abbasov, Dilavər Astanov, Ülviyyə Hüseynova və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında Kazımov Fərail Məmmədəli oğlu yenidən ərazi ilk partiya təşkilatına sədr seçildi. Eyni zamanda, təşkilatın sədr, müavin və idarə heyətinin üzvləri seçilmişdir. Həmçinin, yığıcağda YAP Biləsuvar rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Rəfiqə KAMALQIZI