"Millət vəkili Araz Əlizadə türk millətinə qarşı allergiyalı münasibətini ortaya qoyması ölkədə olan bu sayaq insanların açığa çıxmasına şərait yaradır" . Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Azərbaycanın İran və Rusiyanın əsarətindən qurtularaq müstəqil dövlət olması düşmənlərimizi rahatsız etməkdədir: "Dövlətimizə qarşı olanlar əsasən iki qrupa bölünürlər. Bunlar ruspərəstlər və irançılardırlar. Birincilər bolşevik pərdəsi altında, ikincilər isə təriqətçilik kartından istifadə edərək türkçülüyümüzə və dövlətçiliyimizə qarşı çıxırlar. Hər iki qrup əslində bir amala xidmət edirlər. Onların məqsədi Azərbaycanı zəif düşürərək yenidən Rusiya və İranın ayaqları altına atmaqdır. Bu ünsürlər isə əsasən etnik separatçı mövqedən çıxış edərək sosial problemləri qabartmaqla dövlətə qarşı üsyan və iğtitşaşları təhrik edirlər. Azərbaycanın görkəmli elm, mədəniyyət və dövlət xadimlərinin fars mənşəli olması haqqında uydurma məlumatlar yaymaqla yerli türk əhalini sıxışdırmağa çalışırlar.Əminliklə deyirəm ki, bu sayaq insanlar Azərbaycana dost olmayan dövlətlərin xarici kəşfiyyat idarələrinin muzdla tutulmuş ajanlarıdırlar. Rusiyalı siyasətçi təlxək Jirinovskinin bu günlərdə Azərbaycan dövlətçiliyinin ləğv edilməsini tələb etməsi çox təhlükəli şəraitin yaranmasından xəbər verir".
sia.az