Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində rayon təşkilatının Binəqədi rayonu, Naxçıvani küçəsi 38 a ünvanlı (276 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Bəhram Şiriyev hesabat məruzəsi ilə çıxış edib.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri Məhluqə Əhmədova, əməkdar müəllim Elxan Quliyev, rayon gənclər birliyinin sədri Dilrubə Kərimova hesabatı qənaətbəxş hesab edərək, təkliflərini irəli sürüblər.
İclasda müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib. 11 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib, Bəhram Şiriyev yenidən sədr, Validə Məcidova sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına isə 3 nəfər nümayəndə seçilib.
İclasda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edib. R.Göyüşov ərazi ilk partiya təşkilatının yeni seçilmiş idarə heyətini, sədr və müavini təbrik edərək, məktəbin pedaqoji heyətinə və partiya üzvlərinə tövsiyələrini verərək, işlərində uğurlar arzulayıb.
ZÜMRÜD