PDF Oxu

Siyasət

  • 492

YAP Qobustan rayon təşkilatı Telekomunikasiya Qovşağı ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Qobustan rayon təşkilatı Telekomunikasiya Qovşağı ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Dünən YAP Qobustan rayon təşkilatı Telekomunikasia Qovşağı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Gözəl Rüstəmova hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb. O, qeyd edib ki, illik tədbirlər planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib və ilk partiya təşkilatının sıraları xeyli möhkəmlənibdir.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülalıyev çıxış edərək, bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Qobustan rayonunda da Yeni Azərbaycan Partiyasının nüfuzu günbəgün artır və sıraları genişlənir. F.Gülalıyev bildirib ki, partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutan rayon partiya təşkilatı öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışır.

Hesabat-seçki yığıncağında çıxış edən YAP üzvlərindən Bəhruz Aslanov, Amil Həsənov, Rza Quliyev və digərləri çıxış edərək, ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaq iştirakçıları Gözəl Rüstəmovanın yenidən yekdilliklə Telekomunikasiya Qovşağı ərazi ilk partiya təşkilatına sədr, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına ərazi ilk partiya təşkilatından 3 nəfər nümayəndə seçiblər.

R.HÜSEYNOVA

Digər xəbərlər