PDF Oxu

Siyasət

  • 89

YAP Daşkəsən rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir

YAP Daşkəsən rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir

Dünən Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının Daşkəsən rayon icra hakimiyyəti ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Malik Ələsgərov konfranslararası dövrdəki fəaliyyət barədə hesabat məruzəsi ilə çıxış edib.

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev hesabat-seçki yığıncağında həm ilk partiya təşkilatının, həm də son illərdə rayonda görülən işlərlə bağlı geniş çıxış edərək bildirib ki, ölkəmizin hər yerində geniş vüsət alan quruculuq və abadlıq işləri Daşkəsən rayonunun timsalında aydın görünür: "17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər bu gün də sevinc hissi ilə xatırlayırlar. Səfər çərçivəsində Prezident şəhərin mərkəzi meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yenidən qurulmuş Heydər Əliyev Mərkəzində olmuş, Daşkəsən rayon icra hakimiyyətinin yeni tikilmiş inzibati binasının, yeni avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirak etmişdir. Bu gün Daşkəsən inkişaf və tərəqqi dövrünü yaşayır. "Yeni Daşkəsən" layihəsi rayonun yüksəlişindən və Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Hər bir daşkəsənli əldə edilən nailiyyətlərə və görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirir".

Hesabat-seçki yığıncağında çıxış edənlər ilk partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Daşkəsən rayon təşkilatının X konfransına nümayəndələr seçilib.

R.KAMALQIZI

Digər xəbərlər