Dünən 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması ilə əlaqədar YAP Tərtər rayon təşkilatının təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə YAP rayon təşkilatı qadınlar şurasının üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova "İslam həmrəylik ili" nə həsr olunmuş məruzə ilə çıxış edib. S.Yusibova bildirib ki, ölkəmizdə 2017-ci ilin "İslam həmrəylik ili" elan olunması, təkcə siyasi deyil, həm də islam aləminin birliyinə xidmət göstərəcək bir amildir.
Məruzə ətrafında çıxış edən rayon təhsil şöbəsinin metodisti Nigar Nəstəlizadə, YAP rayon təşkilatının işçisi Arzu Yaqubova, rayon "Cümə" məscidinin axundu Sadiq Cəfərov "İslam həmrəylik ili"nin müvəffəqiyyətlə başa çatdırılması üçün hər bir Azərbaycan vətəndaşının üzərinə düşən məsul vəzifələrdən danışıblar. Çıxış edənlər, qeyd ediblər ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha da möhkəmləndirilməsi üçün "İslam həmrəylik ili" öz rolunu oynayacaqdır.
Ü.ƏSGƏROV
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...