Dünən Biləsuvar rayonunun YAP Biləsuvar rayon təşkilatı 40 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə 40 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Əliyev Vüqar Allahşükür oğlu hesabat məruzəsi ilə çıxış etdi. Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası günü-gündən inkişaf edir. Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Lətafət Quliyeva, Rövşən Əzizov, İradə Məmmədova və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Hesabat-seçki yığıncağında idarə heyətinin üzvü Qabil Xammədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdəki nüfuzundan və respublikada apardığı böyük əhəmiyyətli ictimai-siyasi işlərdən danışdı. Əliyev Vüqar Allahşükür oğlu yenidən 40 saylı şəhər ərazi ilk partiya təşkilatına sədr seçildi. Eyni zamanda, təşkilatın sədr müavini, idarə heyətinin üzvüləri və YAP Biləsuvar rayon təşkilatının IX konfransına nümayəndələr seçilmişdir.
RƏFİQƏ