"Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilk növbədə Prezident İlham Əliyevin apardığı siyasətin, ölkəmizin diplomatik sahədəki fəaliyyətinin nəticəsidir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu hadisə digər tərəfdən Belarus Prezidentinin beynəlxalq hüquqa və onun prinsiplərinə yanaşmasını, iki ölkənin münasibətlərinə verdiyi önəmi göstərdi: "Başqa bir amil isə Belarusun hüquq mühafizə orqanlarının və məhkəmələrinin verdiyi ədalətli qərardır. Bu, şübhəsiz ki, birmənalı şəkildə hüquqi president yaradır və bundan sonra belə faktorlardan, amillərdən siyasi məqsədlər üçün istifadəyə son qoyur. Həmçinin, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən istənilən qurumun və ya ölkənin nümayəndəsi manipuliativ şəkildə insan hüquq və azadlıqlarını önə çəkə bilməz. Çünki dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı amili beynəlxlaq hüquqda əsas pillədə dayanır və bütün məsələlərə bu kontekstdə yanaşmaq lazımdır. Hesab edirəm ki, bu hadisə həm Ermənistana, həm onu himayə edənlərə ciddi mesajdır".
sia.az