"Bildiyimiz kimi, dövlət rəhbərimiz Prezident İlham Əliyev cənabları bugünlərdə Belçikaya rəsmi səfər etdi və bu ölkədə Avropanın müxtəlif mötəbər siyasi, ictimai dairələri, onların rəhbərlikləri ilə əhəmiyyətli görüşlər keçirdi. Əlbəttə ki, Azərbaycanın nüfuzunun daim yüksəklərdə saxlanılması, dövlətimizin dünya miqyasında söz sahibi kimi qəbul edilməsi istiqamətində atılan bu kimi əhəmiyyətli addımlar davamlı olaraq atılır və davamlı şəkildə həyata keçirilir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail royon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova ölkə başçısı cənab İlham Əıiyevin Belçkika Krallığına etdiyi səfəri zamanı erməni lobbisinin təsiri altında fəaliyyət göstərən anti-milli dairələrin bu səfərə kölgə salmaq cəhdlərinə münasibətini bildirərkən deyib.
Təranə Kərimovanın sözlərinə görə, hazırda Avropa və dünya birliyinin bir çox müxtəlif siyasi, iqtisadi qurumları inkişaf və tərəqqi yolu ilə inamla addımlayan Azərbaycanla əlaqələrini möhkəmləndirməyə çalışır. Lakin xarici ölkələrdə yaşayan və özlərinə "siyasi mühacir" adı qoyaraq düşmən dəyirmanına su tökən satqınlar toplumu erməni lobbisindəki ağalarının, bu lobbi ilə siyasi korrupsiyaya bulaşmış avropalı siyasətbazların təlimatları əsasında Azərbaycan dövlətinə və xalqına qarşı daha da azğınlaşırlar: "Emin Millinin, Leyla Yunusun və s. milli xəyanətkarlar da məhz bu qəbildəndirlər. Görünür, ağaları tərəfindən onların qarşılarına atdılan paylardan ağızları şirələnir və dada gəlir. Ümumiyyətlə, Avropadakı bu tipli üsnür yığıncaqları uzun illərdir ki, çirkin əməlləri ilə ictimai rəydə çaşqınlıq yaratmağa cəhdlər göstərirlər. Ancaq onların heç bir cəhdləri baş tutmur, bundan sonra da tutmayacaq". "Vaxtilə Azərbaycan əleyhinə kampaniyalar təşkil edən və nəticədə çirkin əməllərinə görə həbs edilən, lakin dövlətin humanizm prinsipindən yararlanaraq azadlığa çıxan Leyla Yunusun Əli Kərimli və s. milli satnıqların media qurumlarına verdikləri sifarişli müsahibələrindən də açıq şəkildə görünür ki, əslində o aşkar şəkildə ermənilərlə iş birliyində olmasını gizlətmir"-deyən YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri əlavə edib ki, ümumiyyətlə, milliyyətcə erməni olan bir adamdan bundan artığını da gözləmək olmaz: "Bəlkə də Leyla Yunusun Azərbaycan xalqına və dövlətinə qarşı nifrəti ermənilərdən onqat artıqdır! Baxın, Prezident İlham Əliyev Brüsseldə keçirdiyi hər bir görüşündə Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın işğalı haqqında çox mütərəqqi fikirlə söyləyərkən, bu üsnsürlər toplumu avroparlamentə Azərbaycan əleyhinə dinləmələrdə iştirak edir, çexiyalı ermənipərəst deputat Ştetinanın təşkilatçılığı ilə dövlətlərinə qarşı nə qədər düşmən mövqedə olduqlarını gizlətmirlər. Emin Milli açıq aşkar öz satılmış "meydanTV "si vasitəsilə qondarma erməni soyqırımını tanımağa çağırışlar edir, Xədicə İsmayıl Bakıdan dinləmələrin işinə skayp vasitəsilə qatılır, Leyla Yunus da dərhal özü tərəfindən anti-Azərbaycan xrakterli müsahibələr verir. Bu çirkin üçlükdür və dövlətini, vətənini sevən hər bir azərbaycanlı onların əməllərinin hansı məqsədə xidmət etdiyini yaxşı bilir və lənətləyir! Halbuki, Avropa çalışır ki, Azərbaycanla münasibətləri möhkəmləndirsin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və digər əhəmiyyətli siyasilər Azərbaycanla əlaqələrlə bağlı maraqlı olduqlarını öz fikirlərində vurğuladılar"."Ona görə də xalq Leyla Yunus və onun timsalında olan Vətən xainlərinin heç bir yalanlarına inanmır. Onlar ya Əli Kərimlinin media orqanında, ya "meydanTV "də, ya da başqa Azərbaycan əleyhinə işləyən mətbuat səhifələrində nə qədər qışqır-bağır salsalar da istədikləri nəticəni görə bilməyəcəklər"-deyə qeyd edən Təranə Kərimova əlavə edib ki, Leyla Yunusun və onun kimilərinin dedikləri hamısı yalan, şantaj, böhtan və boşboğazlıqdır. Əslində, onların özləri də yaxşı bilirlər ki, atdıqları addımları özlərini dibi görünməyən uçuruma doğru sürükləyir".
yap.org.az