"Aleksandr Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və bunu nümayişkəranə edib. O kiməsə və nəyəsə arxayın olaraq Azərbaycan dövlətinin gücünü lazımı qiymətləndirə bilməyib. Ancaq Azərbaycan dövlətinin gücü qarşısında həm Lapşin, həm də onun himayədarları acız qaldılar".
Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.
Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən A.Lapşinin Bakıya gətirilməsinə münasibət bildirən T.Mirkişili qeyd edib ki, bu hadisə Azərbaycan qanunlarını pozan hər kəsə bir dərs oldu, xüsusilə də, işğalçı Ermənistana: "Əminəm ki, bir gün gələcək Azərbaycan xalqına qarşı cinayət törətmiş Ermənistan rəhbərləri də bu cür qolu qandallı Bakiya gətiriləcəklər. Ermənistan Azərbaycan ərazilərini işğal etməklə yanaşı digər ölkə vətəndaşlarını da bizim qanunları pozmağa sövq edir. Onların cəzasiz qalacaqlarlnı və lazım gəldikdə Ermənistanın onları dəstəkləyəcəyi vəd edilir. Dağlıq Qarabağı qeyri-Azərbaycan ərazisi kimi təqdim edir. Beynəlxalq qanunları kobud şəkildə pozur. Ancaq bu hadisə Azərbaycanın haqlı mövqeyinin nə qədər güclü olduğu və bunun qarşısında heç kimim dura bilmədiyini göstərdi. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi qarşısında nəinki Ermənistan, heç onun havadarları belə aciz qaldılar".
sia.az