Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının IX konfransına hazırlıqla bağlı YAP İsmayıllı rayon Poçt Şöbəsi ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Söhbət Pənahov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib.
Yığıncaqda çıxış edən partiya üzvləri Tünzalə Həsənova, Səyahət Abbasova, Azad Həbibov hesabat məruzəsinin qənaətbəxş olduğunu bildiriblər. Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub. Yığıncaq tərəfindən qəbul olunan qərara əsasən, Söhbət Pənahov sədr, Tünzalə Həsənova sədr müavini və YAP İsmayıllı rayon təşkilatının IX konfransına 3 nəfər nümayəndə seçilib.
Yığıncaqda yekun nitq söyləyən YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev məktəb rəhbərliyinə və iclas iştirakçılarına partiyanın fəaliyyətində göstərdikləri fəallığa görə, təşəkkürünü bildirib.
ZÜMRÜD BAYRAMOVA