PDF Oxu

Siyasət

  • 48

Əflatun Amaşov Lapşinin Bakıya gətirilməsindən yazdı

Əflatun Amaşov Lapşinin Bakıya gətirilməsindən yazdı

"Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb"

"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir. Fikrimi bir neçə cəhətdən izah etmək istərdim. Əvvəla, onu deyim ki, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir. Hər iki halda, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb".

Bu fikirləri özünün FB səhifəsində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.

Separatçı ermənilərə dəstək verən yazılarla çıxış edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən A.Lapşinin Bakıyta gətirilməsinə münasibət bildirən Ə.Amaşov vurğulayıb ki, bu baxımdan, qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymamışdır. 3 ölkənin vətəndaşı olan belə bir adamın, məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik. Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə "bəhrələnmənin" bariz nümunəsidir. Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyəti yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında, məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir. Nəhayət, düşünürəm ki, A.Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskonfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir".

Samir

Digər xəbərlər