PDF Oxu

Siyasət

  • 57

Media və AMEA rəhbərliyi arasında görüş keçirilib

Media və AMEA rəhbərliyi arasında görüş keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında media və AMEA rəhbərliyi arasında görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, görüşün məqsədi akademiya ilə media qurumları arasında əlaqələrin genişləndirilməsidir.İ.Həbibəyli deyib ki, Akademiya ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması həm cəmiyyət üçün, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından çox faydalı nəticələr verə bilər: "Akademiya daxilində baş verən faydalı proseslər barəsində, alimlərin kəşfləri haqqında məlumatların cəmiyyətə çatdırılmasında media mühüm rol oynaya bilər. Eyni zamanda akademiya öz informasiya resursları ilə mediaya köməklik göstərə bilər".Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bütün problemlərə elmin süzgəcindən keçirməklə baxmalıyıq: "Bu baxımdan akademiya ilə media arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Akademiyada baş verən elmi proseslərin, nailiyyətlərin cəmiyyətə, beynəlxalq ictimaiyyətə çatdırılmasında media mühüm töhfə verə bilər".Ə.Amaşov bildirib ki, akademiya ilə media arasında əməkdaşlıq insanların kitablara marağının artırılması baxımından da vacibdir: "İnsanlar kitaba qayıtmalıdır, kitab oxumağa həvəsləndirilməlidir. Biz bu sahəfə maarifləndirmə işi aparmalıyıq".Görüşdə çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ictimai fikrin formalaşmasında medianın mühüm rolu var: "Elmlər Akademiyası mühüm işlər görür, alimlər kəşflər edir, lakin bu işlərin mediada təbliğini az görürük. Bu da akademiya ilə media arasında əlaqələrin o qədər də möhkəm olmamasından irəli gəlir".Tədbirdə çıxış edən digər iştirakçılar da media ilə akademiya arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

sia.az

Digər xəbərlər