Dünən YAP Qobustan rayon təşkilatı Qobustan rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Emin Hüseyn hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev ilk təşkilatımızın partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutaraq, öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışdığını qeyd edib.
Qobustan rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatı üzvləri yekdilliklə Emin Hüseynin ilk partiya təşkilatına sədr seçilməsini dəstəklədiklərini bildiriblər.
Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Qurban Kərimov, Balamirzə Mənsimov, Anar Bayramov və digərləri çıxış edərək, ötən dövr ərzində ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına 25 nəfər nümayəndə seçilib.
R.KAMALQIZI