PDF Oxu

Siyasət

  • 277

Georgi Gogiya - erməni lobbisinin gürcü provokatoru

Georgi Gogiya - erməni lobbisinin gürcü provokatoru

SİYASİ RAKURS

Yaxud "Human Rights Watch" Azərbaycanla yanaşı, Avropa İttifaqına da böhtan atdı

Azərbaycanın dövlətçilik maraqlarına qarşı ölkədəki və dağıdıcı müxalifət qrupları ilə ən çox əməkdaşlıq edən Qərb təşkilatlarından birinin də, məhz "Human Rights Watch" olması kimsəyə sirr deyil. Zaman-zaman qərəzli hesabatlar hazırlayaraq, guya "insan hüquqlarının" müdafiəsi ilə məşğul olduğunu, reallıqda isə siyasi korrupsiyalara bulaşıb, yalnız fərdi maraqlar üzərində çirkin siyasət yürüdən bu saxtakar qurumun qərəz dağarcıqlarından biri də gürcü mənşəli Georgi Gogiadır. O, "Human Rights Watch"ın Beynəlxalq İnsan Haqları Təşkilatının Cənubi Qafqaz üzrə direktoru vəzifəsini icra edərək, təmsil olunduğu qurumda sözügedən region üzrə erməni lobbisinin baş provokatoru, yəni təxribatçı rolunu oynayır.

Məgər Avropa İttifaqı hər hansı ölkə başçısının səfəri barədə "Human Rights Watch" qarşısında, məlumat verməyə öhdəlik götürüb?

Əbəs yerə deyil ki, o, bu dəfə Azərbaycanı hədəfə alaraq, "EUobserver" qəzetində heç bir reallığa əsaslanmayan düşüncəsiz fikirlərini bölüşüb, "məqalə" yazıb. Üstəlik, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin möhkəmləndirilməsindən açıq-aşkar razı olmamasını sərgiləyib. Görünür, bu səbəbdən də, hədəf kimi yalnız ölkəmizi deyil, elə Aİ-ni də götürüb. Məsələn, iddia edib ki, Brüssel ölkə başçısının səfər tarixini öncədən açıqlamayıb. Ancaq burada sual yaranır ki, Brüssel, daha dəqiq desək, Avropa İttifaqı hər hansı ölkə başçısının səfəri barədə kimlərsə qarşısında, xüsusilə, "Human Rights Watch" kimi qeyri-ciddi təşkilat qarşısında məlumat verməyə öhdəlik götürüb?

Məhz bu baxımdan, "Human Rights Watch"ın baş provokatoru Aİ Azərbaycanla münasibətlərini "qeyri-şəffaf" adlandırmağa çalışıb. Üstəlik, guya rəsmi Bakının Avropa İttifaqına təsir etdiyini də heç bir məntiqi əsasa söykənmədən iddia edib. Halbuki Azərbaycanın ölkə rəhbərliyi daim rəsmi şəkildə bəyan edib ki, heç vaxt digər ölkələrin, beynəlxalq qurumların daxili işlərinə qarışmır və eyni zamanda, bu halın ölkəmizə qarşı tədbiq edilməsinə imkan verməyəcək.

Ağ yalan, qara böhtan və ifrat qərəz!

Maraqlısı da budur ki, "Human Rights Watch" təmsilçisi öz əsassız məqaləsində Aİ-nin öz öhdəliklərinə "sədaqət" göstərməməsindən "təəssüflənir"... Bunu da Azərbaycan dövlətinin ayağına yazmağa uğursuz cəhdlər edir.

Beləliklə, ağ yalan, qara böhtan və ifrat qərəzlərlə dolu olan yazısı vasitəsilə aşkar şəkildə düşmənçilik mövqeyi tutduğunu sübut edən Gogiya, nədənsə özünün hansı tipli şəxs olduğunu tamamilə unudur.

O da sirr deyil ki, bundan öncə də bu qəbilədən olan təşkilatlar Azərbaycanla bağlı qərəzli mövqelər ortaya qoyublar. Ona görə də, bu təşkilatların, təşkilat rəsmilərinin mövqeləri də onlardan başqa heç kimə maraqlı deyil. Çünki hər kəs bu qurumların hansı prinsiplərlə işlədiyi çox gözəl bilir.

Ümumiyyətlə, yaxşı olardı ki, Georgi Gogia bir dəfə də gedib Gürcüstanda illərdir saxlanılan yüzə yaxın siyasi məhbuslar haqqında sərt hesabatlar hazırlasın. Bəli, o, bu vaxta qədər nə Gürcüstan, nə də Ermənistan haqqında mənfi fikirlər söyləməyib. Yaxşı olardı ki, gürcü provokator bu barədə başını qatsın, əgər ağalarından qorxub-çəkinmirsə...

Rövşən RƏSULOV

Digər xəbərlər