Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Konfransı giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatı ən monolit özəklərdən biridir.
O, vurğulayıb ki, Ulu Öndərin alternativi olmayan siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirməklə, ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, ölkədə aparılan düzgün siyasət, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, dəmir yolunda həyata keçirilən uğurlu islahatlar haqqında danışıb və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Sonra YAP Nəsimi təşkilatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatına Xeyrulla Hümbətov sədr, sədrin müavinləri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransına nümayəndələr seçilib.
NƏZAKƏT