PDF Oxu

Siyasət

  • 268

Elman Məmmədov: “Elnur Hüseynzadənin azad olunmasına çalışacayıq” MÜNASİBƏT

Elman Məmmədov: “Elnur Hüseynzadənin azad olunmasına çalışacayıq” MÜNASİBƏT

"Ümumiyyətlə bizlər düşmənin təxribat xarakterli informasiyalarına istinad etməməliyik və ona əsaslanmamalıyıq, onu yaymamalıyıq. Biz informasiyalarda Azərbaycanın müvafiq qurumlarının informasiya mənbələrinə istinad etməliyik". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi rəsmi qurumdur və onların informasiya mənbəyi əsas götürülməlidir: "Yoxsa ki kimsə ağlına gələnui yazaraq düşmən dəyirmanına su tökməklə məşğuldur. Biz belə şeylərə getməməliyik və uymamalıyıq. Müdafiə Nazirliyi kifayət qədər də əsirlərimiz və girovlarımız barədə açıqlamalar verib. Təbii ki, bizlər də Ermənistan tərəfindən girovluqda saxlanılan Elnur Hüseynzadənin azad olunmasına çalışacayıq".Azərbaycan Prezidenti bizim vətəndaşımızın hər birinin taleyi ilə maraqlanır və onun qeydinə qalır, diqqətdə saxlayır. Azərbaycanın şəhid olmuş əsgəri Çingiz Qurbanovun nəşi də bildiyiniz kimi 39 gündən sonra Azərbaycana qaytarıldı. Təbii ki, biz də beynəlxalq qurumların köməkliyi, müxtəlif yollarla çalışırıq ki, onlar azad olunsunlar".

sia.az

Digər xəbərlər