PDF Oxu

Siyasət

  • 261

Hərbi ekspert: “Lapşin kimi psevdopatriotlar separatizmə, millətlərarası ədavətə rəvac verirlər” AÇIQLAMA

Hərbi ekspert: “Lapşin kimi psevdopatriotlar separatizmə, millətlərarası ədavətə rəvac verirlər” AÇIQLAMA

"Azərbaycan qanunlarına hörmətsizlik göstərən, bir müddət özünü çox yekəxana və lovğa aparan Aleksandr Lapşinin Azərbaycana gətirilməsi çox ciddi hadisədir. Çünki, A.Lapşin kimi psevdopatriotlar dünyada separatizmə, millətlərarası ədavətə rəvac verirlər. Yəqin ki, Lapşinin özü və ona dəstək verən erməni-rus dostları Bakıya gətirilərkən hava limanında onun miskin baxışlarını ömürlərinin sonlarına kimi unutmayacaqlar". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.O qeyd edib ki, bundan sonra Dağlıq Qarabağa qanunsuz səfərlər edənlər və etmək istəyənlər çox ciddi düşünməli olacaqlar: "Belarusdan olan dostlarımıza göstərdikləri prinsipiallığa və fədakarlığa görə xüsusi təşəkkür edirik. Azərbaycanın onlara ən ağır vaxtlarda göstərdiyi dost, qardaş yardımını unutmadılar və bizim haqq işimizdə dəstək oldular. Məsələnin digər çox vacib tərəfi isə, həm qaniçən Ermənsitanın siyasi-hərbi rəhbərliyi, həm də onlara havadarlıq edən Rusiya və digərlərinin çox ağır mənəvi zərbə almasıdır. Onlar faktiki tərs sillə effekti almaq şokunu yaşayırlar".Ekspert bildirib ki, Rusiyanın və Ermənistanın media və siyasət adamlarının Azərbaycana qarşı təhdidləri heç bir nəticə verməyəcək: "Azərbaycan dövləti A.Lapşinlə bağlı məsələdə bir daha hamıya xəbərdarlıq etdi ki, ölkəmizin qanunlarına hörmətlə yanaşsınlar. Əks halda onları da Lapşinin taleyi gözləyə bilər".

sia.az

Digər xəbərlər