"Ermənistan artıq öz xalqına hörmət etməyən rejimin əlindədir. Çünki Ermənistanın keçmiş baş naziri ifadə edir ki, Metsamor AES Azərbaycan və Türkiyəyə qarşı onların əlində silahdır. Düzdür, orada partlayış olsa Azərbaycan və Türkiyə zərər çəkəcək, lakin bu, ilk olaraq Ermənistan əhalisinə böyük ziyan vuracaq. Belə bir mövqe göstərir ki, düşmən ölkədə mövcud olan rejim öz əhalisinə qarşı bivec və Rusiyanın istəyinə uyğun davranır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.Onun sözlərinə görə, Ermənistanın hazırki rejimi qaçaqmalçılıq, insan oğurluğu, terrorla məşğul olur: "Onlar ASALA-nın müasir formasıdır. Ermənistan rejimi ərazilərimizə nüvə tullantıları basdırır, terrorçu qrupları hazırlayır, Suriyadan gələnləri həmin ərazilərdə yerləşdirit, ölkə əhalisini oğurlayır, uşaqları partlatmaq üçün çaylara kukla bombalar buraxır. Amma çox təəssüf ki, super dövlətlər, eləcə də beynəlxalq təşkilatlar bundan xəbərdar olsalar da adekvat davranmırlar. Görünür bizim müsəlman, eləcə də bölgədə söz sahibi olmağımız müstəqilliyimizi qorumağımız heç kimin xoşuna gəlmir".
Beynəlxalq təşkilatların uzun müddətdir Ermənistanda saxlanılan kəlbəcərli girovlarımızla bağlı mövqe nümayiş etdirməməsini ölkəmizə qarşı ikili yanaşma olduğunu dilə gətirən F. Quliyev qeyd edib ki, onlar istəsəydilər kəlbəcərli girovlarımızı bir günə qaytara bilərdilər: "Bilirsiniz ki, ərazilərimizə qanunsuz səfər edən və ölkəmizə ekstradisiya olunan blogger Aleksand Lapşinin ikili vətəndaşlığı var. O, həm də Rusiya vətəndaşıdır. Kəlbəcərli girovumuz Dilqəm Əsgərovun da Rusiya vətəndaşı olduğunu xatırlasaq görərik ki, qonşu ölkə bu məsələdə obyektiv mövqe sərgiləmr. Belə ki, Rusiya Dilqəm Əsgərovla bağlı bir dəfə də olsa məsələ qaldırmayıb. Lakin Lapşinlə bağlı məsələyə mane olmağa çalışıb. Burada formalaşan mənzərədən belə görünür ki, Azərbaycan məhz türk dövləti olduğu üçün bu məsələyə diqqət edilmir. Düzdür, Azərbaycan prezidentinin iradəsi və yürütdüyü yüksək siyasət nəticəsində vətəndaşlarımız Ermənistandan alınır. Lakin bu çox çətinliklərlə əldə olunur. Çox təəssüf ki, beynəlxalq təşkilatlar da bu məsələdə fərqli mövqe tuturlar. Onlar susur, vətəndaşlarımızı öz torpaqlarında, ata yurdunda girov götürənlərlə bağlı heç bir ölçü götürmürlər. Bu, ölkəmizə qarşı seleksiya siyasəti, ikili yanaşmadır. Amma bu bizi qorxutmur. Əminəm ki, Azərbaycan prezidenti və xalqının iradəsi nəticəsində yaxın müddətdə Ermənistanda olan vətəndaşlarımızı eləcə də işğal altında olan torpaqlarımızı geri qaytaracağıq. Bizi heç kim yolumuzdan çəkindirə bilməz".
sia.az