Qazaxıstandan ölkəmizə gətirilən 5 ədəd teplovoz yaxın günlərdə yükdaşımada istifadə olunacaq."Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb. Qazaxıstandan 10 ədəd teplovozun alınması da gündəmdədir. Ölkəmizə gətirilən 5 ədəd teplovoz bu günlərdə yükdaşımada istifadə olunacaq. Həmçinin sabit cərəyanla işləyən 4 ədəd elektrovoz da alınıb.
AZƏRTAC