YAP Biləsuvar rayon təşkilatı 39 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Rəfiqə Cəfərova hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının respublika əhalisi arasında böyük nüfuza malik olduğunu deyib.
Yığıncaqda çıxış edən partiya fəallarından Nailə Mehdiyeva, Elşad Talıbov, Şahin Ağayev və başqaları ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında aparat rəhbəri Əjdər Niftiyev Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdəki nüfuzundan, respublikada aparılan ictimai-siyasi işlərdən danışıb.
Sonda təşkilati məsələlərə baxılıb. Rəfiqə Pənah qızı Cəfərova yenidən 39 saylı şəhər ərazi ilk partiya təşkilatına sədr, eyni zamanda, təşkilatın sədrinin müavinləri, idarə heyətinin üzvləri, həmçinin, YAP Biləsuvar rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
R.HÜSEYNOVA