PDF Oxu

Siyasət

  • 169

İran İslam Respublikasının vətəndaşında 850 qram marixuana aşkar olunub

İran İslam Respublikasının vətəndaşında 850 qram marixuana aşkar olunub

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən "SƏS" qəzetinə verilən məlumata görə, 7.02.2017-ci il tarixdə saat 21:00 radələrində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçərkən, İran İslam Respublikası vətəndaşı Cəmşidi Ənvər Mikayıl oğlu sərhəd pozucusu qismində saxlanılıbdır. Şəxsin üzərinə baxış zamanı 850 qram marixuana aşkar olunaraq götürülübdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ü.ƏSGƏROV

Digər xəbərlər