Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar hesabat-seçki yığıncağı rayon Alıbəyli-2 qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib.
Ərazi ilk partiya təşkilatının sədri Rza Əliyev hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Sonra ilk partiya təşkilatının sədri Rza Əliyev, müavinləri Şakir Abdulov, Xəyyam Bayramov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 2 nəfər nümayəndə seçilib.
Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Bərdə Qarabağ qəsəbəsi üzrə ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib. Ərazi ilk partiya təşkilatının sədri Taleh Cəfərov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Sonra ilk partiya təşkilatının sədri Taleh Cəfərov, müavinləri isə Misirxan Baxşəliyev, Ramil Cavadov, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 7 nəfər nümayəndə seçilib.
ZÜMRÜD