YAP Qusar rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində Qusar rayonu Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
YAP Qusar Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatının sədri Fərhad Pirmətov ərazi ilk partiya təşkilatının fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib.
Yığıncaqda Milli Məclisin deputatı Azər Badamov və YAP rayon təşkilatının sədri David İbramxəlilov çıxış edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın bugünkü uğurlarına yol açır.
İclasda təşkilati məsələlərə baxılıb. Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatının üzvləri Fərhad Pirmətovun yenidən sədr seçilməsini təklifini irəli sürüblər. Yığıncaqda, eyni zamanda, sədr müavinini, idarə heyətin üzvlərini və YAP Qusar rayon təşkilatının növbəti IX konfransına nümayəndələri açıq səsvermə yolu ilə seçiblər.
NƏZAKƏT