"Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması kiçik bir məsələ deyil". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, Lapşinin eksdradisiyası bu kimi hadisələr üçün bir başlanğıc və presendent oldu: "Eləcə də Bakının prinsipiallığını göstərdi. Lakin, təəsüflər olsun kı, ölkəmizdə bəzi qüvvələr bu hadisəyə ironik yanaşdılar. Əslində Lapşin hadisəsi ilə rəsmi Bakı sübut etdi ki, biz belə həssas məsələdə heç bir dövlətə güzəştə getməyəcəyik.Mən deyərdim ki, Lapşinin ekstradisiyası "onun üçüncü ölkəyə verilməsininin yolverizməliyi" haqda bəyanat verən bütün tərəflərə bir dərs oldu. Bu çox prinsipial məsələ idi. Nəzərə almaq lazımdır kı, Lapşinin eksradisiyası ilə bağlı mətbuata açıqlamalarında Rusiyanın dövlət nümayəndələri Azərbaycanın hüquqlarını pozan bəyanatlarla cavab verirdilər.Sual yarana bilər ki, Dağlıq Qarabağa Ermənistan vasitəsi ilə bundan əvvəl də gedənlər var idi, orada konsertlər edənlər də az deyildi. Lakin, bu vəziyyət digərlərindən kardinal şəkildə fərqlənir. İş orasındadır kı, digərlərindən fərqli olaraq Lapşin öz təxribatçı və qərəzli çıxışları ilə açıq – aşkar dövlətimizə və onun suverenliyinə qarşı çağırışlar etmişdir. Lapşin çox açıq şəkildə Azərbaycanı məsxərəyə qoyaraq "qara siyahıda" ilk yer uğrunda yarışdığını facebookda bəyan etmişdir.Bu dünyadakı bütün bloger – səyyahlar üçün bir dərs oldu. İndi onlar işğal olunmuş ərazilərə gedərkən min kərə götür – qoy edəcəklər.Qeyd etmək istəyirəm ki, Belorusiyadan Azərbaycana Lapşinin eksradisiyası həm də onu göstərdi ki, bugün Ermənistanın yer aldığı iqtisadi və hərbi bloklarda belə Bakının nüfuzu və hörməti daha çoxdur".
sia.az