PDF Oxu

Siyasət

  • 413

“Təhsil və media” mövzusunda konfrans keçirilib

“Təhsil və media” mövzusunda konfrans keçirilib

Bu gün Xəzər universitetində "Təhsil və media" mövzusunda mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin təhsil fakültəsinin dekanı, dosent Elza Səmədova universitet haqqında məlumat verib və təqdimatla çıxış edib.Dosent bildirib ki, universitet Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir: "Xəzər Universiteti professor Hamlet İsaxanlı tərəfindən təsis olunub. Mövcud olduğu illər ərzində müxtəlif dərgi və televiziya sorğuları, tələbələr arasında keçirilən sorğular, qeyri-hökumət təşkilatlarının apardığı tədqiqatlar, beynəlxalq komissiyaların dəyərləndirmələri, beynəlxalq şirkətlərin rəyi, beynəxalq reytinqlər və sairlərdə Xəzər Universiteti Azərbaycanın, eləcə də Qafqaz və Mərkəzi Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın ən yaxşı ali məktəblərindən biri olaraq qiymətləndirib. Xəzər Universiteti ən ciddi və müasir ali məktəb, güclü elm və mədəniyyət ocağı kimi ictimai rəy qazanıb".Daha sonra "Media və təhsil" – Təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri , professor Hamlet İsaxanlı isə qonaqlara universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş məlumat verib.O, müasir dövrdə elmin çox sürətlə inkişaf etdiyini qeyd edərək, belə olimpiadaların keçirilməsinin istedadlı şagirdlərin üzə çıxarılmasında və onların inkişafı üçün şərait yaradılmasında mühüm rolu olduğunu bildirib.Konfransa müzakirələrlə yekun vurulub.

sia.az

Digər xəbərlər