PDF Oxu

Siyasət

  • 3 046

Toğrul Allahverdili : “Seperatçı rejim bloggerin müdafiəsində hər cür yola əl ata bilərdi” AÇIQLAMA

Toğrul Allahverdili : “Seperatçı rejim bloggerin müdafiəsində hər cür yola əl ata bilərdi” AÇIQLAMA

"Üç dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin Azərbaycanın işğal olunmuş ərazilərində səfər etməsi Azərbaycan qanunvericiliyinə, və beynəlxalq hüquq normativlərinə zidd idi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.Ekspert qeyd edib ki, üç ölkənin vətəndaşlığını daşıyan Lapşinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünə qarşı qərəzli yazılar yazması separatçı rejimin dünyada təbliği məqsədilə sosial şəbəkələrdə təbliği tərəfimizdən dəfələrlə görülüb.Toğrul Allahverdilinin sözlərinə görə, Lapşin öz yazılarında işğalçı Ermənistanın maraqlarına xidmət etdiyini hər zaman biruzə versə də, bu gün erməni lobbisi bu həqiqətləri gizlətməyə və Azərbaycan diplomatiyasının uğuruna ləkə yaxmağa çalışır: "Lapşin haqqında bir neçə qapalı fikirlər səsləndirilsə də, hazırda bu məsələ işğalçı Ermənistan hakimiyyətini narahat edir. Buna görədir ki, beynəlxalq hüquq normalarını dəfələrlə pozmağa cəhd edən seperatçı rejim, bu gün bloqerin müdafiəsində hər cür yola əl ata bilərdi.Nümayəndəliy rəhbəri əlavə edib ki, Lapşin Azərbaycana Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycana ekstradisiya edilib. Onun Bakıya güclü mühafizə altında gətirilməsi də səbəbsiz deyil: "Lapşin Bakıya DTX əməkdaşlarının güclü mühafizəsi altında bütün dünyaya bəlli olan Ermənistanın mümkün cinayətkar əməllərinin qarşısının alınması məqsədi ilə gətirilib. A.Lapşinə qarşı törədilə biləcək hər hansı cinayətin və ya özünə qəsd cəhdlərinin qarşısının alıması məqsədi ilə onun xüsusi qrup tərəfindən Bakıya gətirilməsi başa anlaşılandır".

sia.az

Digər xəbərlər