"Azərbaycanın sərhəd və digər qanunlarını pozaraq ölkəmizin ərazilərinə qanunsuz səfər etməklə kifayətlənməyərək, seperatçı rejimə dəstək olub, bunu nümayişkəranə açıq formada həyata keçirən bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi indiyədək bu sahədə pozucu mövqedə duran hər bir kəsə işarə və mesajdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib Onun sözlərinə görə, bu, eyni zamanda Azərbaycan dövlətinin Dağlıq Qarabağa münasibətdə belə qanun pozuntuları ilə müşahidə olunan cəhdlərə göstərdiyi qətiyyətli mövqeyin nəticəsidir: "Lapşinin Azərbaycana ekstradisiya edilməsini Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən Azərbaycan diplomatiyasının müsbət nəticəsidir. Bu, çəkindirici xarakter daşıymaqla yanaşı, bu, işi təşkil edən Ermənistan və erməni lobbisinin təşviqatına, yalançı təbliğatına uymamaq üçün digər ölkələrin vətəndaşlarına mesajdır. Hər kəs bundan ibrət və dərs götürməlidir".
sia.az