Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının XI konfransının keçirilməsinə hazırlıq işləri ilə bağlı Səbail ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Məmmədəli Məmmədzadə hesabat məruzəsi ilə çıxış edib.
YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev çıxış edərək, dinamik inkişaf edən ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərdə yarandığı gündən Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolundan bəhs edib.
Yığıncaqda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov çıxış edərək ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdi.
Hesabat məruzəsi yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab olunaraq, qəbul olunub.
Yığıncaqda Məmmədəli Məmmədzadə yenidən ərazi ilk partiya təşkilatının sədri, Tamilla Bağırova və Anar Vəliyev sədr müavinləri, 13 nəfər yeni idarə heyətinin üzvləri, YAP Səbail rayon təşkilatının XI konfransına ilk partiya təşkilatından 17 nəfər nümayəndələr seçilib.
R.HÜSEYNOVA