PDF Oxu

Siyasət

  • 170

YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir

YAP Samux rayon təşkilatının VII konfransına hazırlıqla əlaqədar ərazi ilk partiya təşkilatlarında yanvar ayının 9-dan başlayan hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında keçirilib. Hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri Gülağa Hüseynov hesabat məruzəsi ilə çıxış edərək, YAP-ın yaranması, inkişafı, ölkənin ictimai-siyasi həyatında oynadığı rol, eyni zamanda, hesabat dövrü ərzində ilk təşkilatının gördüyü işlər barədə məlumat verib.

Məruzə ətrafında YAP üzvləri Tacəddin Əhmədov, Bəsti Orucova, Faiq Həsənov və Bəxtiyar Məmmədov çıxış edərək, yaradıcısı Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının hazırda ölkənin aparıcı siyasi partiyası olduğunu bildiriblər.

Yığıncaqda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ötən əsrin 90-cı illərində ölkədə baş verən proseslərə nəzər salıb. Bildirib ki, o zaman ölkəni düşdüyü böhran vəziyyətindən çıxarmaq üçün güclü siyasi liderə böyük ehtiyac duyudurdu. Xalqı öz ardınca aparmağa qadir olan siyasi bir partiyanın yaranması zəruri olduğundan, xalq belə bir lideri praqmatik düşüncəyə, dərin zəkaya malik Ulu Öndər Heydər Əliyevin simasında görərək, ölkəyə rəhbərlik etmək üçün Ona çoxsaylı müraciətlər edirdilər.

Samir

Digər xəbərlər