YAP Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində X.Məlikaslanov küçəsi 10 ünvanlı (284 saylı tam orta məktəb) ünvanlı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclası giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının X.Məlikaslanov küçəsi 10 ünvanlı ərazi ilk partiya təşkilatının sədri Zülfiyyə Hacıyeva hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün ölkəmizdə Onun ideyaları, əsasını qoyduğu siyasət uğurla həyata keçirilir.
İclasda çıxış edən ərazi ilk partiya təşkilatının üzvləri - Mehriban Mahmudova, Gülnarə Rüstəmova sədrin hesabatını qənaətbəxş hesab edərək, təkliflərini irəli sürüblər.
İclasda 13 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib, Nizami Novruzov sədr, Zülfiyyə Hacıyeva sədr müavini və YAP Binəqədi rayon təşkilatının IX konfransına 3 nəfər nümayəndə seçilib.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat məruzəsini qənaətbəxş hesab etdiyini bildirərək, növbəti hesabat dövrü ərzində daha çox işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
ZÜMRÜD