Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar olaraq hesabat-seçki yığıncaqları davam etməkdədir. Növbəti hesabat-seçki yığıncağı YAP Ağdam rayon təşkilatı Təzəkənd qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Samir Paşayev gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib. Digər çıxış edənlər Yeni Azərbaycan Partiyası Ağdam rayon Təzəkənd qəsəbə ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra Samir Paşayev yenidən ərazi ilk partiya təşkilatının sədri, Füzuli Qəhrəmanov, Vidadi Orucov sədrin müavinləri, 9 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 5 nəfər tərkibdə nümayəndə seçilib.
Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Xındırıstan qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Şərəfxan Alxanov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. İclasda təşkilati məsələlər geniş müzakirə olunub. Yığıncaq tərəfindən qəbul olunan qərara əsasən, Şərəfxan Alxanov ərazi ilk partiya təşkilatının sədri, Burzu Rəhimov, İsmayıl İsmayılov sədrin müavinləri və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.
ZÜMRÜD