PDF Oxu

Siyasət

  • 64

"Ollandın fikirləri Minsk qrupunun missiyasını şübhə altına alır" AÇIQLAMA

"Ollandın fikirləri Minsk qrupunun missiyasını şübhə altına alır" AÇIQLAMA

"Prezidentlik dövrü başa çatmaq üzrə olan Fransa dövlət başçısı Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı belə bir mövqe ortaya qoyacağı gözlənilən idi". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Fransada böyük erməni diasporunun olduğunu dilə gətirən siyasi şərhçi bu diasporun nümayəndələri ilə fransız siyasətçilərinin bir çoxunun əlaqələri olduğunu deyib: "Erməni diasporu həmin siyasətçilərin seçki kampaniyasında aktiv şəkildə iştirak edirlər. Bu, bəzən fransız siyasətçilərinin dövlətlərinin maraqlarından çox şəxsi və ya korporativ maraqlarından çıxış etməyə sövq edir. Bunun arxasında da əksər Avropa ölkələrində olduğu kimi islamafobiya, ksenofobiya faktorları dayanır. Təəssüf ki, multikultural ənənələri təbliğ edən və bu dəyərlər üzərində iştirak edən Azərbaycana qarşı bir çox hallarda bu münasibət sərgilənir".E.Mirzəbəylinin fikrincə, yaranan vəziyyət sübut edir ki, hazırda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası yerinə yetirməyə mənəvi haqqı yoxdur: "Birtərəfli qaydada sərgilənən mövqe konkret olaraq, separatizmə işğala haqq qazandırması anlamına gəlir ki, bu da nəinki Fransanın, bütövlükdə ATƏT-in Minsk qrupunun missiyasını şübhə altına alır. Yürüdülən bu siyasətin təbii ki, hansısa bu formada perspektivi yoxdur. Azərbaycanın son dövrlərdə atdığı addımlar, ölkənin silahlı qüvvələrinin gündən-günə güclənməsi və öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində ciddi potensial ortaya qoyması Ermənistanın təxribatlarına qarşı atılan addımlar, eyni zamanda bu gün düşmənin ölkənin öz daxilində mövcud cinayətkarlara qarşı etirazların ortaya çıxması mahiyyət etibarı ilə Ermənistanı himayə edən dairələrin də açıq şəkildə ölkəmizə qarşı hücuma keçmələrinə zəmin yaradır ki, bu prosesləri müəyyən qədər kompensasiya etsinlər. Bu baxımdan əslində Ollandın fikirlərindən hər hansı bir formada təəccüblənmədim. Qənaətimə görə, bundan sonrakı prosesdə Fransanın hər hansı bir formada vasitəçilik missiyasını icra etməsi inandırıcı görünmür".

sia.az

Digər xəbərlər