PDF Oxu

Siyasət

  • 1 034

Mixail Canalidze: "Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir

Mixail Canalidze: "Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir

"Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır. Bu il diplomatik əlaqələrimizin 25 illiyi tamam olur. Bu illər ərzində Azərbaycan və Gürcüstan dostluq və mehriban qonşuluq münasibətlərini davam etdirir. Bu münasibət bundan sonra da davam edəcək". SİA-nın xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. .Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər regionda stabilliyi təmin edəcək: "Ölkələr arasında müvafiq formatlar, dialoqlar intensiv davam edəcək. İki ölkə arasında yüksək iqtisadi əlaqələr mövcuddur. Düzdür ötən ilin rəqəmləri o qədər də ütək açan deyil. Lakin bu regiondakı problemlərlə bağlı olub. Amma buna baxmayarq, işimizi daha da gücləndirib,əlaqələrimizdən maksimum istifadə edəcəyik. Düşünürəm ki, bu əlaqələr öz töhfəsini verəcək". Regionda energetika və nəqliyyat layihələrinə önəm verildiyini dilə gətirən Gürcüstanın XİN başçısı iki ölkə arasında tranzit imkanlarını artırmaq niyyətində olduqlarını dilə gətirib: "Bu istiqamətdə mühüm layihələr var. Cari ilin ilin sonunda Bakı Tbilisi- Qars dəmiryolu layihəsi istifadəyə veriləcək. Bundan başqa görüşlərdə infrostruktur, investisiya məsələləri müzakirə olundu ki bu da bizim üçün mühümdür. Biz eyni zamanda mədəniyyət sahəsində aktiv əməkdaşlığı yüksək qiymətləndiririk". M. Canelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: "Əməkdaşlığımız Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa ittifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik. Bu əməkdaşlığın güclənməsi hər iki tərəf üçün mühümdür".

sia.az

Digər xəbərlər