Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir. Növbəti tədbir YAP Şəmkir rayon təşkilatı Yuxarı Seyfəli kənd ərazi ilk partiya təşkilatında keçirilib. Yuxarı Seyfəli kənd ərazi ilk partiya təşkilatının sədri Səyyar Məsimov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.
İclasda Yuxarı Seyfəli kənd ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Nərxanım İsrafilova, Nüşirəvan Mövlayev, Elxan Hüseynov və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildiriblər. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib.
Sonda ərazi ilk partiya təşkilatının sədr, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
R.HÜSEYNOVA