PDF Oxu

Siyasət

  • 1 038

Suraxanı rayonunda şəhid Oleq Nikolayeviç Mamontovun xatirəsi yad edilib

Suraxanı rayonunda şəhid Oleq Nikolayeviç Mamontovun xatirəsi yad edilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Oleq Nikolayeviç Mamontovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edərək, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbirin əvvəlində Oleq Nikolayeviç Mamontovun döyüşdüyü Səbail Tank Batalyonu haqqında qısa film nümayiş etdirildikdən sonra, bir dəqiqəlik sükutla Oleq Nikolayeviç Mamontovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, zaman-zaman Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yürüdən ermənilər yenicə müstəqillik qazanmış ölkəmizə silahlı basqın etdilər: "Ölkəmizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar və digər millətlərin nümayəndələri döyüşə yollanaraq, ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazdılar. Belə döyüşçülərdən biri də Səbail Tank Batalyonunda döyüşən Oleq Nikolayeviç Mamontov olmuşdur. O, Ağdam istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. 1993-cü il oktyabrın 12-də Ağdam uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Oleq döyüş meydanında şəhid olmuşdur".

"Dədə Qordud" Milli Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək, bildirib ki, Oleq Nikolayeviç Mamontov "Dədə Qorqud" Milli Fondunun "Vətən Övladı" ordeni ilə (ölümündən sonra), anası Yelena Mamontova isə "Mehriban Ana" ordeni ilə təltif edilib. Ordenlər Oleq Nikolayeviç Mamontovun anası Yelena Mamontovaya təqdim edilib.

Şuşa rayon icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Konstantin Ata, Azərbaycan Hərb Tarixi Muzeyinin rəis müavini Lalə Hüseynova, Səbail Tank Taburunun sabiq komandiri Hacı Əzimov, Oleq Mamontovun cəbhə yoldaşları çıxış edərək, Oleq Mamontovun qəhrəmanlığından danışmış, onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, qəhrəmanlığının hər bir gənc üçün örnək olduğunu xüsusi qeyd ediblər.

Tədbirdə, həmçinin, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev multikultural dəyərlərin, tolerantlıq ənənələrinin təbliğində və Suraxanı rayonunun ictimai həyatında fəal iştirakına görə, Suraxanı rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

ZÜMRÜD

Digər xəbərlər