YAP Ağcabədi rayon təşkilatının Avşar ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ilk təşkilatın sədri Yasin Cəfərov məruzə ilə çıxış edərək, təşkilatın fəaliyyətindən danışıb.
Məruzə ətrafında çıxış edən YAP üzvləri Tofiq Cəfərov, Kərim Ələkbərov, Aygün Camalxanova, İlhamə Həsənova ilk təşkilatın hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Hesabat-seçki yığıncağında açıq səsvermə yolu ilə ilk təşkilatın 9 nəfərdən ibarət idarə heyətini, Yasin Cəfərovu yenidən ərazi ilk partiya təşkilatının sədri və sədrin müavinləri, YAP Ağcabədi rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Yığıncaqda iştirak edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov YAP-ın yaranma tarixinə nəzər saldıqdan sonra bildirib ki, 1993-cü ilin mart ayında 12 nəfərlik təşkilat komitəsindən yaranan Ağcabədi rayon təşkilatında hazırda 13000 nəfərdən artıq YAP üzvü var. Onlarında 45,6 faizini qadınlar, 39,8 faizini gənclər təşkil edir.
ZÜMRÜD