PDF Oxu

Siyasət

  • 180

Əli Məsimli: "Qiymətin qalxması dövlətin qarşıya qoyduğu hədəfə ziddir"

Əli Məsimli: "Qiymətin qalxması dövlətin qarşıya qoyduğu hədəfə ziddir"

"Dekabrdan etibarən manatın dollara nisbətdə bahalaşmasına baxmayaraq, ərzaq məhsullarının qiymətinin gündən-günə qalxması başa düşülən deyil". SİA-nın xəbərinə görə, bunun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Millət vəkili bu məsələdə işbazların və monopolistlərin ifşa edilməsinin vacibliyini dilə gətirib: "Qiymətin qalxması Azərbaycan dövlətinin qarşıya qoyduğu hədəfə ziddir. Manat bahalaşsa da yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda işbazlar bəhanə gətirirdilər ki, bu onlara ciddi zərbədir, ona görə də qiymət artımına gedirlər. Bəs indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməli, təcili tədbirlər görülməlidir".

sia.az

Digər xəbərlər