PDF Oxu

Siyasət

  • 264

Millət vəkili ölkəmizdə çəkilən seriallardan şikayətləndi "ailə institutuna zidd olan məqamlar var"

Millət vəkili ölkəmizdə çəkilən seriallardan şikayətləndi "ailə institutuna zidd olan məqamlar var"

"Şəhərimizdəki kino salonlarda uşaqlar üçün verilən filmlər rus, ingilis dilindədir. Hətta aparılan montorinqlər nəticəsində məlum olub ki, çox az hallarda belə filmlərin altında Azərbaycan dilində tərcümə gedir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Məlahət İbrahimqızı Milli məclisin plenar iclasında cari məsələlər müzakirə edilərkən deyib. Azərbaycan dili ilə bağlı qanunvericliliyin olduğunu xatırladan millət vəkili söyləyib ki, biz öz dilimizi unutmamalı, belə hallara yol verməməliyik.Millət vəkili müxtəlif kanallarda çəkilən seriallar haqqqında da fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif kanallarında çəkilən seriallarda ailə institutuna zidd olan məqamlar var: " Buna yol verməmək üçün təklif edərdim ki, belə seriallar çəkildikdən sonra hansısa şura tərəfindən baxıldıqdan sonra kanallara buraxılsın".

sia.az

Digər xəbərlər