PDF Oxu

Siyasət

  • 62

"Binalara nəzarət bələdiyyələrə verilməlidir"

"Binalara nəzarət bələdiyyələrə verilməlidir"

"Bələdiyyələrin fəaliyyətini qınayırlar, ama təkliflər irəli sürülmür. Bələdiyyələrin fəaliyyəti gücləndirilməlidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrlə bağlı İllik Məruzənin müzakirəsi zamanı deyib.O qeyd edib ki, Bakının rayonlarındakı bəzi binalara nəzarət bələdiyyələrə verilməlidir: "Bakının bəzi rayonlarının ərazisində müxtəlif təşkilatların nəzarətində olan binalar var, onlara xidmət icra hakimiyyətləri tərəfindən edilir. Həmin binalara nəzarət, xidmət çox aşağıdır. İnsalar da narazı qalır. Təklif edirəm ki, həmin binalara nəzarət bələdiyyələrə verilsinr. Yeni binalarda komendatlar insanları soyurlar, amma iş görmürlər. Bu işlər bələdiyyələrə verilərsə, daha faydalı olar, yığılan vəsait təyinatı üzrə istifadə olunar".Çıxış edən millət vəkili Qənirə Paşayeva da bələdiyyələrin fəaliyyəti ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, bələdiyyə sədrləri özlərinin vəzifələrini bilmirlər: "Yəni, bizdə illər keçməsinə baxmayaraq hələ də bələdiyyə institutunun nə olduğu bilmirlər. Məsələn, hesabatda Qobu bələdiyyəsi ilə bağlı faktlar qeydə alınıb. Orada yaşayan jurnalist dostlarımız var və bu barədə yazırlar. Orada elə məsələ yoxdur ki, problem olmasın. Sözügedən bələdiyyədə 900 min vəsait "silinib". Bəs maraqlıdır ki, həmin vəsait geri qaytarılıbmı? Düzdür, bələdiyyə sədri işdən çıxarılıb, amma bu, böyük vəsaitdir, onun taleyi nə yerdə qalıb?Bir də ki, mən Vilayət müəllimdən soruşmaq istəyirəm ki, 70 layihənin dəyərləndirilməsi məsələsi nə yerdə qalıb? Həmin şəxslər layihələrinin qəbul edilməsinə ümid etsinlərmi, yoxsa bundan imtina etsinlər? Bu məsələyə də aydınlıq gətirmək lazımdır".

sia.az

Digər xəbərlər