YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatında hesabat seçki yığıncağları davam edir. SİA-nın verdiyi məlumata görə, bu dəfə tədbir 180 və 139 saylı tam orta mektebdə keçirilib.
Yığıncaqda YAP Qaradağ rayon təşkilatı aparatının məsul işçiləri Məzahir Tağıyev, Ramiz Yusubov və Hacı İbrahimov iştirak ediblər. Əvvəlcə ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib. Ərazi ilk partiya təşkilatlarının sədrləri - Malik Qasımov (180 saylı məktəb) və Marina Hüseynli (139 saylı məktəb) hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
sia.az