"Qənimət Zahid Xocalı soyqırımının ildönümü günü "Üç palma" adlanan əxlaqsızlıq yuvasında özbək əsilli fahişələrlə yaxalanmış və həmin vaxt üzərindən 8 min dollar pul çıxmışdı"
"Azadlıq" qəzetinin keçmiş əməkdaşı Ruslan Bəşirli bu qəzetin baş redaktoru, hazırda Fransada yaşayan və müətmadi olaraq Azərbaycan dövlətinə qarşı çıxışlar edən Qənimət Zahid barəsində geniş məqalə ilə çıxış edib. Müəllif Q.Zahidin 2003-cü ildə Ə.Kərimli tərəfindən "Azadlıq" qəzetinə baş redaktor təyin olunduqdan sonra qəzetdə yaratdığı iyrənc durumdan, onun rüşvət oyunlarından, eləcə də, şantaj yollarla əldə etdiyi pullarla gününün çoxunu eyş-işrətlə keçirməsindən yazıb.
R.Bəşirli vaxtilə məşhur "Üç alma" məsələsini xatırladaraq, qeyd edib ki, 2003-2005-ci illərdə işlədiyi "Azadlıq" qəzetinin redaksiyasında əməkdaşlara veriləcək maaşlar və şantajla toplanmış pullar hesabına tam bir əyyaş həyatı yaşayan Q.Zahid bunun bədəlini ödəməli idi: "Belə bir vaxtda Q.Zahidin "Üç palma" olayı gündəmə bomba kimi düşdü. Q.Zahid Xocalı soyqırımının ildönümü günü "Üç palma" adlanan əxlaqsızlıq yuvasında özbək əsilli fahişələrlə yaxalanmış və həmin vaxt üzərindən 8 min dollar pul çıxmışdı. Halbuki hadisədən cəmi 2 gün öncə, Q. Zahid "Azadlığ"ın 15 nəfərlik kollektivinin həftəlik maaşını verməkdən imtina etmişdi. "Üç palma" olayı zamanı hər şey məlum idi. Lakin Q.Zahid və Ə.Kərimli bu biabırçı olayın içindən çıxmaq üçün mənasız cəhdlər edirdilər. Hadisənin ardından keçrilən mətbuat konfransında uydurulan bəhanə rüsvayçılığın son həddi idi. Guya ki, Q.Zahidi döyərək, zorla əxlaqsız qadınlarla şəkillərini çəkmişdilər. Uydurulan bu bəhanəni redaksiya kollektivi, sıravi cəbhəçilər gülüşlə qarşılayırdılar".
"Qənimət Zahidin hər gün işə içkili vəziyyətdə gəlməsinə, günün ikinci yarısında isə redaksiyanın yaxınlığındakı kafedə içki məclisləri qurmasına artıq öyrəncli olmuşduq"
Müəllif qeyd edir ki, Q.Zahid hətta müxalifət liderlərindən də şantajla pul qoparırdı: "O, 2003-2005-ci illər arası AMİP sədri Etibar Məmmədovdan, sabiq parlament sədri Rəsul Quliyevdən dəfələrlə pul almışdı. 2005-ci ildə mən "Azadlıq" qəzetindəki fəaliyyətimi dayandırdım. Lakin sonrakı dövrlərdə də eşitdiklərim və mediada çıxan məlumatlardan bəlli olurdu ki, Q.Zahidin pul hərisliyi daha da şiddətli bir xəstəliyə çevrilib. Məhz bu şiddətli xəstəliyin nəticəsi idi ki, 2011-ci ildə Q.Zahidin qardaşı Mirzə Sakitlə pul davası bütün mətbuatın əsas mövzusuna çevrilmişdi. Onun özündən böyük doğma qardaşı Mirzə Sakitlə də qarşıdurması, məhz bölüşmək istəmədiyi pul üstündə baş vermişdi. Q.Zahidi müdafiə edən aldadılmış bəzi gəncləri başa düşürəm. Lakin yanlış yerdə və yanlış birisinə dəstək verdikləri düşüncəsindəyəm".
Müəllif qeyd edir ki, pul vardı, lakin jurnalistlərə verilmirdi: "Hətta əksər vaxtlarda həftəlik veriləcək 5 şirvanı da əməkdaşlara çox görürdülər, "pul yoxdur" deyib, maaş ödəməkdən imtina edirdilər. Yaxşı xatirimdədir, hazırda özünə normal şərait qura bilmiş, hələ də mediada olan tanınmış bir jurnalist kirayə qaldığı evin pulunu ödəyə bilmədiyi üçün, kiçik yaşlı uşaqları ilə birlikdə bayıra atılmışdı. Adam ailəsi ilə birgə küçədə qalmaq durumuna düşmüşdü. Lakin "Azadlıq" qəzetində işlədiyi üçün ona veriləcək maaşı ala bilmirdi".
"Soros" Fondunun "Azadlıq" qəzetinə ayırdığı 175 min avro pulu AXCP sədri və Qənimət Zahid bölə bilməyib"
Bir müddət öncə isə, Q.Zahid sosial şəbəkələrdə xaricdə "siyasi mühacir" statusu almaq istəyən azərbaycanlılara "Azadlıq" qəzetinin saxta vəsiqələrini satmaqda ittiham olunduğunu qeyd edən müəllif bildirir ki, Qənimət Zahidin pulla bağlı, hələ ki, son qalmaqalı Ə.Kərimli ilə yaşanıb: "Soros" Fondunun "Azadlıq" qəzetinə ayırdığı 175 min avro pulu AXCP sədri və Q.Zahid bölə bilməyib. Bu pul Fransada yaşayan Q.Zahidin hesabına keçirilib. Ə.Kərimlinin israrlı yazışması Qəniməti yola gətirə bilməyib, partiya sədri onun ardınca Fransaya "nümayəndə heyəti" göndərib. Fransada cəbhəçilərlə Q.Zahid arasındakı mübahisə əlbəyaxa dava həddinə qədər çıxıb. Bu barədə mətbuatda geniş məlumatlar da dərc olundu. Q.Zahid nə qədər inkar etsə də, AXCP-də bu haqda artıq pıçıltı ilə deyil, yüksəkdən danışırlar. Pula tamah məsələsində Q.Zahidin yarışa biləcəyi tək adam onun lideri Ə.Kərimlidir. Bu iki nəfərin pula hərisliyi üzündən daha bu düşərgədə ağıllı insanlar da qalmayıb".
Samir