PDF Oxu

Siyasət

  • 53

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar olaraq, hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Kənd Təsərrüfatı İdarəsi ərazi ilk partiya təşkilatında keçirilib.

Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Allahverən Əliyev gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib.

Çıxışlardan sonra ilk partiya təşkilatının sədri Allahverən Əliyev, müavini Məhiyəddin Məmmədov və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Mənzil İstismar Sahəsi ərazi ilk partiya təşkilatında keçirilib.

İclası giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Xalıqverdi Allahverdiyev hesabat dövrü ərzində görülən işlərin, təşkilati məsələlərin müzakirə ediləcəyini və rayon təşkilatının X konfransında iştirak edəcək nümayəndənin seçiləcəyini diqqətə çatdırıb. Daha sonra ilk partiya təşkilatının sədri X.Allahverdiyev hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Mənzil İstismar Sahəsi ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab olunub, sonra ilk partiya təşkilatının sədri Şikar Allahverdiyev, müavini Ziyad Əzizov və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

ZÜMRÜD

Digər xəbərlər