PDF Oxu

Siyasət

  • 215

Hər bir yeni azərbaycançı ölkənin inkişaf və tərəqqisində öz töhfəsini verməlidir

Hər bir yeni azərbaycançı ölkənin inkişaf və tərəqqisində öz töhfəsini verməlidir

YAP Qaradağ rayonunda hesabat-seçki yığıncaqları keçirilir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağlarının keçirilməsi uğurla davam edir. Budəfəki yığıncaqlar 180 və 139 saylı tam orta məktəblərin ərazi ilk partiya təşkilatlarında baş tutub.

Hesabat-seçki yığıncağında YAP Qaradağ rayon təşkilatı aparatının məsul işçiləri Məzahir Tağıyev, Ramiz Yusubov və Hacı İbrahimov iştirak edərək, Yeni Azərbaycan Partiyasının tarixi rolundan və əhəmiyyətindən çıxış edərək, gələcək fəaliyyət istiqamətlərində də Ulu Öndər Heydər Əliyev ideyalarının gerçəkləşdirlməsindən danışıblar.

Çıxışlardan sonra yığıncaqda ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib, ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

180 saylı məktəbin ərazi ilk partiya təşkilatının sədri Malik Qasımov və 139 saylı məktəbin ərazi ilk partiya təşkilatının sədri Marina Hüseynli hesbat məruzəsilə çıxış edib. Hesabat-seçki yığıncağının sonunda konfransa nümayəndələr seçilib.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər