YAP Yevlax rayon təşkilatında hesabat-seçki yığıncaqları uğurla keçirilməkdədir
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Hava Limanı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncağı ərazi ilk partiya təşkilatının sədr əvəzi Ələddin Rzayev açaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının nüfuzundan və respublikamızın ictimai-siyasi həyatındakı avanqard rolundan geniş danışıb.
Yığncaqda çıxış edən partiya üzvləri Mahir Əmirov, Tofiq Şükürov və Murad Həsənov qeyd etdilər ki, rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirak etməklə bərabər, partiya üzvlərimizin bir vəzifəsi də milli ideologiyamızın, maarifçiliyin, müstəqillik ideyalarımızın fəal daşıyıcısı və fəal təbliğatçısı olmaqdır.
Yığıncaqda çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Pariyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkəmiz ən böyük zirvələri fəth edir.
Partiya üzvlərinin açıq səsverməsi ilə Mahir Əmirov Hava Limanı ərazi ilk partiya təşkilatının sədri seçilib. Daha sonra Hava Limanı ərazi ilk partiya təşkilatından YAP Yevlax rayon təşkilatının IX konfransına nümayəndə seçilib.
Rövşən RƏSULOV