"Torpaqlarımızı azad edəndən sonra Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda qanunsuz hərəkətlər edən hərbi cani və cinayətkar seperatçı qruplar həbs olunacaqlar və etdikləri hərəkətlərə görə cavab verəcəklər". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.O qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun separatçıları təlxək hərəkətləri edirlər: "Onlar işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni hərəkətlər edirlər. İndi də qondarma referendum keçirmək istəyirlər. Azərbaycan bununla bağlı benynəlxalq təşkilatlara, ATƏT-ə, BMT-yə etirazını bildirib. Beynəlxalq təşkilatlar isə bunun qarşısını almaq əvəzinə, cinayətkarları cinayətə həvəsləndirirlər. Azərbaycan torpaqlarını işğaldan azad edəcək və separatçılar hərkətlərinə görə cavab verəcəklər".
sia.az